Ukrayna Baş Qərargahı: "Rusiya Kiyevi ələ keçirməyə çalışır"

Ukrayna Baş Qərargahı:
  • DÜNYA

Ukraynanın paytaxtı Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşdirilir.

Aktual.az xəbər verir ki, bu barədə "Assoşieyted Press” agentliyi məlumat yayıb.

Ukrayna Baş Qərargahından isə bildirilib ki, Rusiya hərbi qüvvələri Kiyev şəhərinə hücum etmək üçün Brovarı və Konotop istiqamətlərindən zərbə endirir.

Həmçinin Belarusun Qomel Şəhər Hava Limanında Rusiya desant qüvvələrini daşıyan "İl-76” təyyarələrinin endiyi də bildirilib: "Qostomel Hava Limanındakı uçuş zolağı yararsız hala düşdüyü üçün düşmən Belarus ərazisindən Qomel-Çernihiv-Kiyev yolu ilə irəliləmək qərarına gəlib”.

Bununla yanaşı, işğal altındakı Krım tərəfdən Xerson - Kaxovka istiqamətində əməliyyat aparan Rusiya ordusunun Melitopol şəhərinə hücum etdiyi, Xarkov və Valuysk şəhərləri istiqamətində ərazi müdafiə qüvvələrinin düşmənin qarşısını kəsdiyi vurğulanıb.
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR