UEFA prezidenti: “Azərbaycanda infrastruktur mükəmməldir”

UEFA prezidenti: “Azərbaycanda infrastruktur mükəmməldir”
  • İDMAN

“Azərbaycanda infrastruktur mükəmməl və çox yüksək səviyyədədir”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferi deyib.

Azərbaycanda təşkilatçılıq işlərindən məmnunluğunu bildirən UEFA prezidenti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR