Ucara yırtıcı hücumu - Sakinlər evdən çıxa bilmirlər

Ucara yırtıcı hücumu   - Sakinlər evdən çıxa bilmirlər

Ucarın Şahlıq kəndi artıq neçə gündür yırtıcıların hücumuna məruz qalır.


Aktual.az  bildirir ki, bu barədə publika.az-a kənd sakini Rüfət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, çaqqallar sürü ilə gəzərək həyətyanı sahələrə hücum edir, sakinlərin toyuq-cücələrini aparırlar. Sakinlərdə silah olmadığından onlar həyətyanı sahələrini şiferlə hasarlamağa başlayıblar: "Toyuqları hücumdan qorumaq üçün həyətin digər hissəsini də şiferlə hasarlamışıq. Bağ tərəfə keçən ev quşları bizim deyil. Dərhal çaqqallar oğurlayır. Bəzən lap gözümüzün qarşısında toyuqları aparırlar. Silahımız olmadığından heç nə edə bilmirik. Son 2 gündə 2-3 toyuğumuzu aparıb".

Onun sözlərinə görə, yırtıcıların ovu səhər saat 10-da başlayır: "Hər dəstədə iki-üç, bəzən dörd çaqqal olur. Günorta sayları bir az artır. Axşamlar isə daha da çoxalır. Uşaqları həyətə, bağa buraxa bilmirik. Dəstə-dəstə ulaşanda bilirik ki, ev quşlarını oğurlamağa gəliblər. Son günlər ərzində kiminin qoyununu parçalayıb, kimin hinduşkasını, toyuğunu, cücəsini, qazını, ördəyini aparıblar".

Kənd sakini qeyd etdi ki, bəzi sakinlər tələ qurublar: "Bir gecə tələyə beş çaqqal düşmüşdü. Sakinlər sanki qoyun otarırmış kimi toyuq-cücələri otarırlar. Bəzi qadınlar qorxularından bağlara keçə bilmirlər".

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR