TV açmaq üçün 50 min rüsum veriləcək - Qanun dəyişdi

TV açmaq üçün 50 min rüsum veriləcək - Qanun dəyişdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi müzakirə olunub.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişiklik edilib. Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq 1 mln. manat məbləğdə rüsuma rast gəlmək olar.

Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.

Teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 500 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub. Rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir.

Bundan başqa, rüsumların ödənilməsi qaydasında dəyişiklik edilib. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
 
Aktual.az 
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR