“Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm” – Trampın müşaviri

“Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm” – Trampın müşaviri
  • DÜNYA

 "Yanvarda İsrail və Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
"Səfər zamanı İŞİD-ə qarşı mübarizədən sonra atılacaq addımları və bölgədəki müttəfiqlərlə ortaqların qarşılaşdıqları təhlükəsizlik problemlərini müzakirə edəcəyik”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə 2019-cu il yanvarın ilk günlərində səfər edəcək.
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR