Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu oldu

Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu oldu

Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub.

"Report” "CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
"Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”, - o bildirib.
Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir. 
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR