Türkiyəni ciddi cəhdlə təhdid etməyə çalışırlar - Azər Verdiyev

Türkiyəni ciddi cəhdlə təhdid etməyə çalışırlar   - Azər Verdiyev

İyun ayınln 28-də gecə saatlarında İstanbuldakı Atatürk Hava Limanının beynəlxalq terminalında terror hadisəsi törədilib. Hadisəyə görə terror hadisəsini İŞİD terror təşkilatı öz üzərinə götürüb. aytımızın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 36 nəfərə çatıb. Lakin ABŞ mətbuatı dalbadal baş verən terrorda ölənlərin sayının 50-ə çatdığını iddia edir.

Məsələ ilə bağlı 7News.az saytına açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev bunun Türkiyəyə xəbərdarlıq məqsədi ilə edildiyini dedi: “İstanbulda törədilən terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsraillə münasibətləri bərpa etmə cəhdinə qarşı yönəlib. Görünən odur ki, Türkiyəni hansısa məqamda yeni yaradılan əlaqələrə görə ciddi cəhdlə təhdid etməyə çalışırlar. Türkiyə yeni koalisyanın yaradılmasına meyillidir. Təbii ki burada söhbət terrora qarşı vahid cəbhənin yaradılmasından gedir. Bu cəbhənin əsas tərəfləri isə Türkiyə, Rusiya və israildir. Hər nə olursa olsun biz hər zaman Türkiyənin yanında olmalı, onları dəstəkləməliyik”

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR