"Türkiyədən gələn turistlərə viza verilsin..." -Təklif


Millət vəkili Q.Paşayeva MM-də qardaş Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasına təkan verəcək təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də 2015-ci il dövlət büdcəsinin icraatı haqqında qanun layihəsinin müzakirəsi zamanı qardaş Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasına təkan verəcək təkliflərlə çıxış edib: “Neftin qiymətinin düşdüyü bir dövrdə biz turizm sahəsinin inkişafına, turistlərin ölkəmizə daha çox cəlb edilməsinə çalışmalıyıq. Qardaş Türkiyədən gələn turistlərə hava limanında viza veririk. Quru yolla gələnlər isə sərhəddə viza problemi qarşılaşırlar. Turistlər Gürcüstandan vizasız keçərək gəlirlər, Azərbaycan sərhədində isə viza problemi ilə rastlaşırlar və onlara Azərbaycanın Türkiyə və ya Gürcüstandakı səfirliyində viza almaları söylənilir. Nəzərə alsaq ki, qonşu ölkələrdən gələn turistlər daha bahalı olan hava yoluna deyil, daha ucuz olan avtobus və ya maşınla səyahətə gəlməyə üstünlük verirlər, yaxşı olar ki, hava limanında olduğu kimi Azərbaycanın sərhəd-keçid məntəqəsində qardaş Türkiyədən gələn turistlərə yerində viza verilsin. Bu, qardaş ölkədən daha çox turist cəlb etməyə özünün müsbət təsirini göstərər, çünki Gürcüstandan vizasız keçib Azərbaycan sərhədində viza ilə problemi ilə üzləşmək qardaş Türkiyədən daha çox turist cəlb etməyə özünün xoş olmayan təsirini göstərir. Onu da vurğulamaq istəyirəm ki, qardaş Türkiyədən Azərbaycana gələn xeyli sayda insanlar bu məsələyə baxılması ilə xahişi ilə millət vəkili olaraq bizlərə də xahişlə müraciət edirlər və mən müvafiq qurumları bu məsələni nəzərə almağa və addımlar atmağa çağırıram".

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR