Türkiyədə toylar ölkə üzrə qadağan edildi

Türkiyədə toylar ölkə üzrə qadağan edildi
  • DÜNYA

Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər Nazirliyi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb.
"Qafqazinfo” "Hürriyet”ə istinadən xəbər verir ki, yeni qərara əsasən, 81 əyalətdə 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağandır. Yalnız nikah şəklində keçirilən məclislər 1 saat davam edə bilər. Bu zaman stol və stullar arasında məsafə nəzərə alınmalı, rəqs meydançaları bağlanmalıdır.
Məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır.
Nikah mərasimi ən azı bir dövlət məmurunun nəzarəti altında keçirilə bilər. 
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR