Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu

Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu
  • DÜNYA

Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Bu barədə Türkiyənin Ali Seçki Komissiyası məlumat verib.
Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.
Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.
Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir.( Trend)
 
Aktual.az
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR