Türkiyədə mənzil alan azərbaycanlıların sayı açıqlandı

Türkiyədə mənzil alan azərbaycanlıların sayı açıqlandı

2016-cı ildə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 280 min 247 m² həcmi olan 724 mənzil alıblar.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin mənzil bazarı araşdırması ilə məşğul olan "EVA Gayrimenkul Değerleme” şirkətinin hesabatında deyilir.

Məlumata görə, 2015-ci ildə azərbaycanlılar qardaş ölkədə ümumi ərazisi 127 min 172 m² olan 864 ədəd əmlak alıb ki, bu da bir ildə mənzil həcminə görə 153 min 75 m² və ya 12,04% çoxdur. Alınan mənzillərin sayında isə 140 ədəd və ya 16,20% azalma qeydə alınıb.

Ötən il Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayına görə tərtib olunmuş siyahıda birinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Bu ölkənin vətəndaşları Türkiyədə 782 min 674 m² həcmində 1 min 827 mənzil alıblar. 

Almaniya vətəndaşları 649 min 254 m² həcmində 1 min 474 ədəd, Böyük britaniyalılar 557 min 706 m² həcmində 2 min 556 ədəd, küveytlilər 480 min 135 m²-lik 1 min 749 ədəd ev alıb.

Ötən il iraqlılar ümumi sahəsi 269 min 640 m² olan 3726 ədəd, Rusiya vətəndaşları 201 min 538 m² həcmində 1 min 449 ədəd, Livan vətəndaşları 175 min 602 m²-lik 191 ədəd, Şimali Kipr Türk Respublikasının vətəndaşları 172 min 382 m² olan 180 ədəd, Əfqanıstan vətəndaşları isə 145 min 127 m² olan 1 min 623 əmlak sahibi olublar.

"EVA Gayrimenkul Değerleme” şirkəti əcnəbilərin Türkiyədə aldıqları ev və əmlakları şəhərlər üzrə də qruplaşdırıb. 

Əgər 2015-ci ildə əcnəbilər Muğla, İstanbul, Antalya, Bursa, Kocaeli, Yalova, Ankara, Aydın, Sakarya və Biləcik şəhərlərində ev alırdısa, 2016-cı ildə bu siyahıda Muğla, İstanbul, Antalya, Bursa, Yalova, Sakarya, Kocaeli, Adana, Aydın və Samsun şəhərləri qərarlaşıb. 
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR