Türkiyədə çevriliş təhlükəsi: Ərdoğan təcili iclas keçirdi

Türkiyədə çevriliş təhlükəsi: Ərdoğan təcili iclas keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, "Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşları ilə bağlı məsələ gündəmdə qalmaqdadır. Ötən gün rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Məsələ ilə bağlı partiya sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.
Nəşr yazır ki, Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalınla gecə təcili keçirib.
Məsələ ilə bağlı açıqlama verən jurnalist Handə Firat da Ərdoğanın təcili iclasında məhkəmə və kəşfiyyat sahəsindəki proseslərin müzakirə edildiyini vurğulayıb.
Xəbər 135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR