Ermənistan OPEK-in Beynəlxalq İnkişaf Fondundan 50 milyon avro kredit alacaq.
Aktual.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan hökuməti noyabrın 7-də keçirilən iclasında Ermənistan və OPEK Beynəlxalq İnkişaf Fondu arasında "Yaşıl, Davamlı və İnklüziv İnkişaf Siyasətinin İkinci Proqramı” kredit sazişini təsdiqləyib.
Proqram iqlim dəyişikliyinin azaldılması və uyğunlaşması, təkmilləşdirilmiş ekoloji idarəetmə və enerji səmərəliliyi, eyni zamanda bərabərliyin daha yüksək səviyyədə təmin edilməsi və insan kapitalının inkişafını stimullaşdırmaqla Ermənistanda yaşıl, davamlı və inklüziv inkişafı stimullaşdırmaq məqsədi daşıyır.
Xəbər 248 dəfə oxunub.