Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarıldı

Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarıldı
  • DÜNYA

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib. 
Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb. 
Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas ediblər.

Ətraf mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.
Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə ediliblər. 
Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR