Türkiyə və Azərbaycanın birgə səfirlikləri açıla bilər

Türkiyə və Azərbaycanın birgə səfirlikləri açıla bilər

Türkiyə və Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklifi edilib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alpər Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır:

“Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”.

İ.A.Çoşqun bəzi ölkələrdə Azərbaycanla Türkiyənin eyni səfirliyinin olması təklifi ilə çıxış edib: “Çünki hədəflərimiz, maraqlarımız eynidir”.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR