Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmmədcavad Zərif aprelin 28-də Moskvada görüşəcək.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, bu, aprelin 15-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyada Bəşşar Əsəd rejiminə məxsus kimyəvi obyektləri bombalamasından sonra nazirlərin ilk görüşdü. 
 
Aktual.az
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR