Türkiyə Qətərə 15 təyyarəlik ərzaq göndərdi

Türkiyə Qətərə 15 təyyarəlik ərzaq göndərdi

Son 5 gün ərzində Türkiyə Qətərə 15 təyyarə ilə ərzaq məhsulları göndərib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Türkiyədən göndərilən yükün ümumi həcmi min tondan çoxdur.

Daha əvvəl Qətərin içməli su və ərzaq məhsullarının tədarükü üçün İran və Türkiyə ilə danışıqlara başladığı məlumat verilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR