Türkiyə NATO sammitinə ev sahibliyi edəcək

Türkiyə NATO sammitinə ev sahibliyi edəcək

Türkiyənin paytaxtı Ankara 7–8 iyul tarixlərində NATO sammitinə ev sahibliyi edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bürhanəddin Duran bildirib.
Onun sözlərinə görə, Ankara sammiti sadəcə diplomatik görüş deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edəcək kritik mərhələdir:
"Ölkəmiz geostrateji mövqeyi, güclü alyans şüuru və böhranların idarə olunmasında effektiv rolu sayəsində transatlantik təhlükəsizlikdə mərkəzi yer tutmaqdadır. Türkiyə NATO liderlərini qəbul etməklə sülh, sabitlik və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətini bir daha nümayiş etdirəcək”.
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR