Türkiyə MSK bir rayonda səsvermənin nəticələrini ləğv edib

Türkiyə MSK bir rayonda səsvermənin nəticələrini ləğv edib

Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) Artvin şəhərinin Yusufəli rayonunda bələdiyyə seçkilərində səsvermənin nəticlərini ləğv edib.


Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, müxalif Cümhuriyyət Xalq Partiyası bu rayonda səsvermənin nəticələri barədə MSK-ya şikayet edib. Yusufəli rayonunun bələdiyyə başçısı hakim Ədalət və İnkişaf Partiyasının namizədi Eyup Aytekinin 3 səs fərqi ilə seçilib.

Qeyd edilir ki, bu rayonda səsverməyə buraxılmayan iki nəfər səs verib və namizədlər arasında səs fərqinin az olmasını nəzərə alaraq MSK səsvermənin nəticələrini ləğv edib və iyunun 2-də səsvermənin yenidən keçirilməsi barədə qərar qəbul edib.

Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR