Türkiyə, İran və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edəcək

Türkiyə, İran və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edəcək
  • DÜNYA

 Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr - Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş keçiriləcək.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.
Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR