Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər - Çavuşoğlu

Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər - Çavuşoğlu
  • DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə dair iddiaları təkzib edib.

Aktual.az "Report"a istinadən bildirir ki, onun sözlərinə "Anadolu" agentliyi sitat gətirib.
"Biz Əsədin etdiklərini qəbul etdiyimizi heç vaxt deməmişik və deməyəcəyik. Bizə sual olunub: ədalətli seçkilər keçiriləcəyi təqdirdə Əsədlə işləyəcəksinizmi? Mən cavab verdim: əgər belə (demokratik - red.) seçkilər olarsa, hamı bu vəziyyəti nəzərdən keçirə bilər. Mən bizim Əsədlə işləyəcəyimiz və ya onu qəbul edəcəyimiz anlamına gələ biləcək ifadə işlətməmişəm", - deyə Çavuşoğlu bildirib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
 
Aktual.az 
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR