Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib.

Nazir qeyd edib ki, nümayəndəlik Türkiyənin Azərbaycandakı səfirliyi yanında açılacaq:

"Səfirlikdə xüsusi nümayəndə - Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri təyin ediləcək. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına məsul olacaq".

Aktual.az
Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR