TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir

TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidəsi edir.

APA-nın xəbərinə görə, missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir. Səsvermə başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət edib. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərinə gedəcək.

Aktual.az
Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR