Trampın namizədi Dünya Bankına rəhbər təyin olunub

Trampın namizədi Dünya Bankına rəhbər təyin olunub

Dünya Bankına yeni prezident seçilib.
 
"Report”un "TASS” Agentliyinə istinadən xəbərinə görə, bu vəzifəni ABŞ maliyyə nazirinin müavini Devid Malpass icra edəcək. Onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
Bankın sabiq rəhbəri Cim Yon Kim fevralın 1-də, səlahiyyət müddəti bitmədən istefaya gedib. Cim Yon Kim qərarının səbəbini özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Ondan sonra bu vəzifə icraçı direktor Kristalina Georgiyevaya tapşırılıb.
Xatırladaq ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı 5 illik müddətə seçilir.


Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR