"Tramp özünü sarsaq yerinə qoyub" — The Washington Post


Ölkə.Az CNN-ə istinadən məlumat verir ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyanın nüvə silahları barədə təriflər yağdırması Amerikanın hərbi ekspertlərini ciddi şəkildə narahat edib.

"Bir çoxları Trampın qeyri-adi bəyanatlar verməsinə artıq alışıblar. Donald Tramp bu bəyanatla növbəti dəfə öz tutarsızlığını nümayiş etdirdi. Ştab rəisləri birləşmiş komitəsinin sədri Cozef Danfordun önündə belə çıxış edərkən çox yəqin ki, Danfold bu sarsağın ağzını yapışqanlı lentlə yummağı arzu edirdi", - deyə The Washington Post yazıb.

Müəllif Trampın bu bəyanatla ne demək istədiyini anlamadığını deyib. Əgər o, nüvə silahlarının müasirləşdirilməsinə diqqət çəkmək istəyirdisə, bunu bir neçə kəlmə ilə ifadə edə bilərdi. Ümumiyyətlə, nüvə silahının nə demək olduğunu bilməyən adam bu barədə necə fikir yürüdə bilər. Tramp növbəti dəfə ciddi insan olmadığını nümayiş etdirdi və onu ciddi qəbul etməyin anlamı yoxdur. O, özünü namizəd kimi yox, ölkəyə təhdid kimi qələmə verir",- deyə qəzet yazıb.

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR