Tramp Ukrayna ilə bağlı vəziyyətə görə Putinlə görüşməyə bilər

Tramp Ukrayna ilə bağlı vəziyyətə görə Putinlə görüşməyə bilər
  • DÜNYA

 ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.
"O, (Hesabat. — Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil", — deyə qəzet onun sözlərini sitat gətirib.
Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.
 
Aktual.az
Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR