Tramp Liviya ilə bağlı sanksiyaların müddətini uzadıb

Tramp Liviya ilə bağlı sanksiyaların müddətini uzadıb
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp Liviya ilə bağlı sanksiyaların müddətini daha bir il uzadıb.

"Report” xəbər verir ki, bu barədə Trampın Ağ ev tərəfindən dərc edilən ABŞ Konqresinə ünvanlanmış məktubunda qeyd olunub.
Prezident öz müraciətində bildirib ki, o bu qərarı Liviyada qeyri-sabitlik təhlükəsinin hələ də qalması səbəbindən qəbul edib.
"Sanksiyalar qüvvədə qalmasa, biz gələcəkdə qeyri-sabitliklə bağlı risk etmiş olarıq", - deyə məktubda yazılıb.
Tramp bildirib ki, Liviyada Müəmmar Qəddafi hökumətinin sabiq üzvləri, onun ailə üzvləri və yaxın keçmiş silahdaşları fəaliyyətlərini davam etdirirlər.
Burada söhbət fərdi sanksiyalardan gedir. Sanksiyalar məhdudlaşdırıcı siyahı fiqurantlarının ABŞ yurisdiksiyasında olan aktivlərinə həbs qoyulması və amerikalıların onlarla iş görməsini qadağan edir.
2018-ci ilin martında Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Liviyada siyasətə qayıtdığını elan edib.
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR