Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib

Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib

Amerika lideri Donald Tramp "Twitter"də Birləşmiş Ştatlardan ixrac edilən kənd təsərrüfatı məhsullarına qarşı tətbiq olunmuş rüsumları dərhal aradan qaldırmaq xahişi ilə çinli tərəfdaşlarına müraciət etdiyini yazıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bununla belə, o qeyd edib ki, tərəflərin ticarət danışıqları uğurla gedir.
"Mən Çindən bizim kənd təsərrüfatı məhsullarımıza tətbiq olunmuş rüsumların dərhal aradan qaldırılmasını xahiş etdim…çünki ticarət danışıqları pis getmir", — deyə Tramp yazıb.
Eyni zamanda, prezident qeyd edib ki, öz növbəsində fevralın sonu verdiyi vədə sadiq qalaraq, martın 1-də Çin məhsullarına qoyulan rüsumu 25 faizədək qaldırmayıb.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR