Tramp bu tarixdə vəzifəsindən kənarlaşdırılacaq – PROQNOZ

Tramp bu tarixdə vəzifəsindən kənarlaşdırılacaq – PROQNOZ
  • DÜNYA

Prezident seçkilərində Donald Trampın qələbəsini düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Allan Lixtman hazırkı dövlət başçısının mümkün impiçment tarixini açıqlayıb.
Publika.az "The Independent” nəşrinə istinadən xəbər verir ki, professorun fikrincə, bu gün Tramp impiçmentə əvvəlkindən daha yaxındır.
"Rusiyanın "domokl qılıncı” Amerika prezidentinin üzərində asılıb. Nəhayət, Niksonda ( ABŞ prezidenti Riçard Niksonun istefası ilə nəticələnən "Uotergeyt” qalmaqalından söhbət gedir – red.) olduğu kimi respublikaçılar Konqresdə məğlub olarsa, onda impiçment proseduru başlanacaq”, - Lixtman qeyd edib.

O güman edir ki, ABŞ-da 2018-ci ildə keçiriləcək Senata seçkilərdən əvvəl heç kim D.Trampı istefaya göndərməyəcək.
Qeyd edək ki, Lixtman30 ildən çox müddətdə ABŞ-dakı seçkilərin nəticələrini səhvsiz proqnozlaşdırıb. O, öz proqnozlarında "13 açar” nəzəriyyəsinə söykənir. Trampın qələbəsini proqnozladıran professor həmçinin bildirib ki, yeni dövlət başçısını istefa gözləyə bilər. Onun fikrincə, respublikaçıların özləri gözlənilməz siyasətçini bu vəzifədə görmək istəməyəcəklər. Lixtmanı hesab edir ki, indiki vitse-prezident Maykl Pensin respublikaçıları daha çox qane edir.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR