Tramp bu gün Putinə zəng edəcək

Tramp bu gün Putinə zəng edəcək

Bu gün ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq

Bu barədə "Reuters" Ağ Evə istinadən xəbər yayıb.

Dövlət başçılarının hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilmir. Danışıqların Moskva vaxtı ilə saat 19:30-a planlaşdırıldığı bildirilir. Bu, prezidentlər arasında 3-cü telefon danışığı olacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Putinlə Tramp arasında görüş imkanlarını şərh etmişdi. O, "bununla bağlı hələlik heç nə yoxdur", – deyə bildirmişdi.("Report”)
 
Aktual.az
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR