Tramp ABŞ-ın Səhiyyə nazirini istefaya göndərib

Tramp ABŞ-ın Səhiyyə nazirini istefaya göndərib
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkənin Səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı vəzifəsindən azad edib.

Aktual.az "APA”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
"Prezident Səhiyyə və sosial xidmətlər naziri Tomas Prays istefasını qəbul edib”, məlumatda deyilir. Bundan əvvəl D.Tramp nazirin fəaliyyətindən narazı olduğunu bildirib.
Ötən həftə T.Praysa qarşı çarter uçuşlarına büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırma başlanılmışdı.
Yoxlamalara "Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə fərdi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub. Məlumata əsasən, nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib. Rəsmi olaraq nazir səfərlərini adi sərnişin reysləri ilə həyata keçirməli imiş. Məqalə dərc edildikdən sonra nazir bütün xərcləri büdcəyə ödəməyə hazır olduğunu bildirib.

Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR