Tramp ABŞ-da miqrantlarla bağlı siyasətini sərtləşdirmək niyyətindədir

Tramp ABŞ-da miqrantlarla bağlı siyasətini sərtləşdirmək niyyətindədir
  • DÜNYA

ABŞ-da miqrantlara sığınacaq verilməsi üzrə yeni planın gələn həftə icra qaydası qəbul edilə bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.
"Bu plana əsasən, əcnəbilər artıq sığınacaq üçün əsassız müraciətlər etməklə qanunsuz şəkildə ölkəyə sərbəst giriş əldə edə bilməyəcəklər", - D.Tramp deyib.
O bildirib ki, plana uyğun olaraq, sığınacaq almaq üçün müraciətlər artıq yalnız ABŞ-a giriş nöqtələrində təqdim edilə bilər.
Prezident planının tam qanuni olacağını söyləyib. Onun sözlərinə görə, sığınacaq axtaran şəxslərin sərhəddən qanunsuz keçdiyi müəyyən edilərsə, onlar məhkəmə prosesinə qədər çadırlarda saxlanılacaqlar.
"Çox sayda çadır tikirik və onları çadırlarda saxlayacağıq", - D.Tramp əlavə edib.
 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR