Tovuzda 22 yaşlı gəncin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Tovuzda 22 yaşlı gəncin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

"Report”un xəbərinə görə, hadisə noyabrın 27-də rayonun Əlimərdanlı kəndində baş verib.
Belə ki, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Rauf Muradov atasına məxsus "Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, rayon sakini, 1997-ci il təvəllüdlü Əhliman Aliyev hadisə yerində ölüb. Sürücü R.Muradov isə sağ bud sümüyünün yerdəyişməli sınığı ilə xəsarəti alıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR