Tovuzda 2 avtomobil qəzası baş verib, xəsarət alanlar var

Tovuzda 2 avtomobil qəzası baş verib, xəsarət alanlar var

Tovuz rayonunda iki avtomobil qəzası baş verib, xəsarət alanlar var. 

Aktual.az xəbər verir ki, bu barədə Report-a Qərb bürosundan məlumat verilib. Qeyd edilib ki, hadisələrdən biri rayonun Düzcırdaxan kəndində qeydə alınıb. 

Belə ki, 1962-ci il təvəllüdlü Hüseynov Məzahir Əsgər oğlunun idarə etdiyi " VAZ -2106" markalı avtomobil başqa bir "VAZ" markalı avtomobilə toqquşub. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər qəza isə rayonun Düzqırıxlı kəndində qeydə alınıb. İdarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılan "VAZ-2107" markalı avtomobilin sərnişini, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Azər Arzuman oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR