Tovuzda 18 yaşlı qız oğurlandı

Tovuzda 18 yaşlı qız oğurlandı

Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.
Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.


Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR