Toğrul Əsgərov dünya çempionluğu uğrunda yarışacaq

Toğrul Əsgərov dünya çempionluğu uğrunda yarışacaq
  • İDMAN

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında bu gün sərbəst üsulla güləşən pəhləvanlar mübarizəyə qoşulacaq.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu növdə ilk olaraq döşək üzərinə təmsilçilərimizdən Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov çıxacaq. Olimpiya çempionu 65 kq çəki dərəcəsində qalib olmağa çalışacaq.

Əməkdar məşqçi Elçin Zeynalov Toğrulun yaxşı idman formasında olduğunu bildirib: "ABŞ-da keçirilən bu dünya çempionatı da çox güclü yarışdır. Ona görə ki, bu mundial Rio olimpia oyunlarına lisenziya verir. Mən inanıram ki, Toğrul çempion çıxa bilər. Əgər o qalib gələ bilməyib olimpiadaya lisenziya qazansa da məni çox sevindirər".

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR