Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazandı - 3 qızıl, 2 bürünc (YENİLƏNİB)

Tokio-2020:  Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazandı - 3 qızıl, 2 bürünc (YENİLƏNİB)

 Azərbaycan paracüdoçusu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Aktual.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.  
 
Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
 
 12:21
 
Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb. 
 
12:09
 
Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Aktual.az-ın məlumatına görə, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.
 
11.47

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Aktual.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
Xəbər 825 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR