Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu

Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15.00-a təyin edilib. 

Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq. 
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR