Tır sürücülərinin diqqətinə: yaş müddətində dəyişiklik

Tır sürücülərinin diqqətinə: yaş müddətində dəyişiklik

Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
 
Aktual.az Apa-ya istinadən xəbər verir ki, qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə götürüləcək.
 
“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir. Bundan başqa “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan hesablanmaq şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti əsas götürüləcək.
 
Digər əlavəyə görə isə “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanmaq şərt ilə paralel olaraq, 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.
 
Layihə səsə qoyularaq qəbul olunub. 
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR