““Təzə bazar”dakı yanğının səbəbi araşdırılır” - FHN

““Təzə bazar”dakı yanğının səbəbi araşdırılır” - FHN

Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

Bunu "Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.

O bidirib ki, araşdırmanı nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları aparır: "Yanğının nədən çıxdığının səbəbləri araşdırılır və bununla bağlı akt tərtib olunur".

Qeyd edək ki, ötən gecə baş vermiş yanğın nəticəsində bazarda birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.
 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR