Terror aktını İŞİD törədib - Məsuliyyəti üzərinə götürdü

Terror aktını İŞİD törədib - Məsuliyyəti üzərinə götürdü

Böyük Britaniyanın Mançester şəhərində terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib.

Publika.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Mançester polisindən bildirilir.
İŞİD terror təşkilatının döyüşçüləri terror aktına görə, məsuliyyəti öz üzərinə götürüblər.
Qeyd edək ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
***
İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
 
Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR