Təqaüd istəyən tələbələr üçün imtahan keçiriləcək

Təqaüd istəyən tələbələr üçün imtahan keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 1-də ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidir: şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR