“Təpədən dırnağa qədər çirkabın içindəsiniz…” – Deputatdan İrana sərt sözlər!

“Təpədən dırnağa qədər çirkabın içindəsiniz…” – Deputatdan İrana sərt sözlər!

"İran hakimiyyətində həqiqətən abır və ağıl deyilən şey qalmayıb. Əgər qalsaydı, özünü bu qədər gülünc vəziyyətə salmaz, daha da rüsvay etməz, diplomatik etiketdən və ümumiyyətlə etikadan kənar ifadələrlə dolu bəyanat yaymazdı".
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev İran Parlamentinin Azərbaycana qarşı yaydığı bəyanata münasibət bildirərkən söyləyib.
 
"İsraildə səfirliyimizin açılması bunları necə yandırıbsa, öz od-alovlarını söndürə bilmirlər. Çabalaya-çabalaya, deyinə-deyinə, gileylənə-gileylənə qalıblar. Hələ arada imkan tapıb Parlamentlərinin dili ilə utanmadan-qızarmadan təhdidə belə keçirlər. Daha dəqiq söyləsəm: molla rejiminin 210 özüsifətlisi iddia edir ki, guya Azərbaycan İsraildə səfirlik açmaqla İslam dünyasına xəyanət edib. Hərgah, adamlardan soruşan gərək: Nə danışırsız siz? Nə sərsəmləyirsiz siz? Xəyanəti bizmi etmişik, yoxsa sizmi? Erməni ilə qol-boyun gəzən, məscid dağıdanı masasının başında oturdan, işğalçıya dəstək verən bizmi olmuşuq yoxsa sizmi? Qonşuluq siyasətinə xilaf çıxan, namərdliyin kubunu sərgiləyən, din adı altında saxta siyasət yürüdən, narkoticarətin episentri olan, günün günorta çağı səfirlikdə, günün axşam çağı başqa bir məkanda terror düzənləyən, əlində casus şəbəkəsi saxlayan, yüzlərlə, minlərlə tətikçini yemləyən bizmiyik yoxsa sizmi? Əlbətdə ki, siz! Ancaq siz! Ona görə danışmayın. Susun! Ağzınızı bağlayın və kimisə ittiham eləməyin. Çünki təpədən-dırnağa qədər çirkabın içindəsiniz...”-, deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 3671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR