Ötən mövsümün ən yaxşı futbolçusu kim olacaq?

Ötən mövsümün ən yaxşı futbolçusu kim olacaq?
  • İDMAN

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq.

Aktual.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mükafatı qazanmağa 3 namizəd var. Bunlar Madrid "Real”ının hücumçusu Kriştianu Ronaldo, "Barselona”nın futbolçusu Lionel Messi və "Yuventus”un kapitanı Canluici Buffondur.
Messi və Ronaldo indiyə qədər hərəyə 2 dəfə bu nominasiyada qalib olduqları halda, Buffon ilk uğurunu qazana bilər. 
Qeyd edək ki, ötən il Avropanın ən yaxşı oyunçusu Kriştianu Ronaldo seçilib.



Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR