Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub

Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub

Daxili işlər orqanlarında son iki gündə qeydə alınan cinayət faktları və hadisələr haqqında statistika açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-dən 30-dək 155 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 
Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR