Televiziyaların anoloq yayımı yaxın vaxtlarda dayandırılacaq

Televiziyaların anoloq yayımı yaxın vaxtlarda dayandırılacaq

Hazırda Azərbaycan ərazisində televiziya verilişlərinin yayımlanmasını təmin edən 500-ə yaxın verici stansiya fəaliyyət göstərir.
Aktual.az Report-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov bildirib ki, onlardan 104-ü rəqəmli verici stansiya, 400-ə yaxını isə anoloq verici stansiyadır.
Stansiyalar vasitəsilə yayım hələ ki, paralel olaraq həyata keçirilir.
İ.Məmmədov Azərbaycanın müxtəlif yerlərində rəqəmli verici stansiyaların quraşdırıldığını bildirib: "Məsələn, Bakı şəhərində "Günəşli", "Fatmayi" və Teleqüllədə rəqəmli yayım stansiyaları quraşdırılıb. Artıq rəqəmli vericilərin hər biri fəaliyyətdədir və yayım həyata keçirirlər. MTRŞ tərəfindən anoloq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən 400-ə yaxın satnsiyanın fəliyyəti dayandırılacaq. Anoloq yayım yaxın vaxtlarda dayandırılacaq, amma dəqiq tarix deyə bilmərəm".
İ.Məmmədov bildirib ki, bir rəqəmli verici stansiya 11 TV proqramını əhatə etdiyi halda, bir anoloq yayım stansiyası 1 TV proqramını əhatə edir.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR