Telekanallarda aparılan monitorinqlərin nəticələri açıqlanacaq

Telekanallarda aparılan monitorinqlərin nəticələri açıqlanacaq

Dekabrın 11-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.


Akyual.az APA-ya istinadən xəbər verir ki, bu barədə MTRŞ-dən bildirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

KİV konfransda iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR