Telefonla viza almaq mümkün olacaq

Telefonla viza almaq mümkün olacaq

“ASAN vizanın texniki şərtləri dəqiqləşdirilir. Üç gün müddətində insanlar sərbəst, telefon vasitəsilə vizaların əldə edilməsinə nail olacaqlar”.

Aktual.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, “ASAN Xidmət”lə Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq edir, turizm şirkətləri viza işi ilə məşğul olur və bu davam edəcək.

Ə.Qarayev əlavə edib ki, turistlərin təhlükəsizlik məsələləri müvafiq dövlət orqanları ilə birgə təmin olunur:

“Biz hotellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik.

Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti bu işə cəlb olunub və lazımi işlər görülür”.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR