Azərbaycanda telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparmanın cərimələri artırılır.
Aktual.az "Report"a istinadən xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.
Məcəllənin 360-cı maddəsinə əsasən, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən belə qanun pozuntusu törədən şəxslər 20 manatdan 40 manatadək miqdarda cərimə edilir.