Təhsil müəssisələrində satılan qida məhsullarına AQTA nəzarət edəcək

Təhsil müəssisələrində satılan qida məhsullarına AQTA nəzarət edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəbəqədər, məktəb, ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir: "Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək".
 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR